Gündəm / Siyasət
14 oktyabr 2024
0
İran Prezidenti: Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı bütün məsələlərə tam nəzarət edəcəyik
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəklərini bəyan edib.
“Report”un İran prezidentinin saytına istinadən verdiyi xəbərə görə, o, bunu Azərbaycan baş nazirinin müavini Şahın Mustafayevlə görüşdə bildirib.
Məlumata görə, Şahin Mustafayev İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduqlarını bəyan edərək deyib:
“İranla əlaqələri daha da genişləndirmək istəyirik. Biz iqtisadiyyat, ticarət, enerji mübadiləsi xətləri, mədəniyyət, tranzit, ümumi yol və dəmir yollarının tamamlanması, inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrimizə böyük əhəmiyyət veririk”.
Daha çox xəbər:
Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı
Gündəm / İqtisadiyyatAzərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər
İqtisadiyyat / Dünya"İran və Azərbaycan prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər" - XİN rəhbəri
Gündəm / SiyasətPezeşkian: ermənilərlə bağlı xoş təəssüratlara malikəm
Gündəm / CəmiyyətSəfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
Gündəm / Cəmiyyət