Gündəm / Siyasət
16 oktyabr 2024
1
“Durov və Sebanın həbsi insan haqlarının pozuntusudur”
“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və onlar barəsində həbs-qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur. Bu şəxslərin siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması qəbuledilməzdir”.
Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfindən “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Sebanın həbsi ilə bağlı yerli medianın sualına cavabında deyilir.
Bildirilib ki, Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır:
“Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir”.
Daha çox xəbər:
Putin Bakıda Pavel Durovla görüşməyib - Kreml
Gündəm / DünyaAzərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Gündəm / Siyasət"WhatsApp" məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - ŞOK İDDİA
Gündəm“Aİ-nin əsassız ittihamlarını qətiyyətlə rədd edirik”
SiyasətMilli Məclis Fransa ilə bağlı bəyanat yaydı
Gündəm / Siyasət