Gündəm / Cəmiyyət
17 oktyabr 2024
0
Füzuli Şəhəri Günüdür

Füzuli şəhərinin işğaldan azad olunmasından dörd il ötür.
4 il əvvəl bu gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.
Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Daha çox xəbər:

Bu gün Füzuli Şəhəri Günüdür
Gündəm / Cəmiyyət
Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"
Gündəm
Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür
Gündəm / Cəmiyyət
Azadlığın üçüncü ili: Bu gün Ağdam Şəhəri Günüdür
Gündəm / Cəmiyyət
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 2 il ötür
Gündəm / Cəmiyyət