Gündəm / Cəmiyyət
18 oktyabr 2024
0
Onlar üçün həmin günlər ictimai nəqliyyat pulsuz olacaq

“COP29 zamanı akkreditasiyası olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək”.
Bunu Bakı Olimpiya Stadionuna təşkil edilən media-tur zamanı COP29 Əməliyyat şirkətinin nəqliyyat və havalimanı əməliyyatları departamentinin rəhbəri Orxan Mahmudlu jurnalistlərə açıqlamasında deyib.
“COP29-da metronun hərəkət qrafikində müəyyən intervalların dəyişdirilməsi nəzərdə tutulub. Amma digər hər hansısa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb.
Ümumiyyətlə ev sahibi ölkə olaraq müəyyən öhdəliklərimiz var. Bunlardan biri də qonaqlara təhlükəsiz, fasiləsiz nəqliyyat xidmətinin təşkilidir. Ölkədə olan qonaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcək. Bunun üçün hər hansı kart paylanması nəzərdə tutulmur. Onlar akkreditasiya kartlarından istifadə edərək nəqliyyatdan istifadə edə bilər. Bu qayda həm xarici qonaqlar, həm də akkreditasiyadan keçən yerlilər üçün nəzərdə tutulub”, - deyə o bildirib.

Daha çox xəbər:

Şəhid ailələrinə ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər edilsin - TƏKLİF
Gündəm / Cəmiyyət
Sərnişinlərə ŞAD XƏBƏR - Yükləri daşımaq üçün pulsuz xidmət
Cəmiyyət
Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər? - AÇIQLAMA
Gündəm / Cəmiyyət
Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur
Gündəm / Cəmiyyət
“BakıKart” adından dələduzluq edilir! - Xəbərdarlıq
Gündəm / Cəmiyyət