Gündəm / Cəmiyyət
26 oktyabr 2022
11
Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər? - AÇIQLAMA

Məktəblilərin ödənişsiz nəqliyyatda gediş gəlişi mümkündürmü?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mövzu ilə bağlı "Xəbər Ertəsi"nə açıqlama verib.
M. Ağayev bildirib ki, gediş haqqı və güzəştlərin tətbiq olunması agentliyin səlahiyyətində deyil.
"Agentlik sadəcə bu istiqamətdə qəbul olunan qərarları icra edən qurumdur. Əgər müvafiq qurumlar tərəfindən belə bir qərara verilərsə, onun icrasının təmin olunması üçün addımlar atılacaq".
Aparıcının BNA olaraq belə məsələni müvafiq qurumlar qarşısında qaldırmaq ehtimalı ilə bağlı sualın üzərindən isə sükutla keçilib.
Qeyd edək ki, Bakubus avtobuslarında 6 yaşdan yuxarı uşaqların ictimai nəqliyyatdan ödənişli istifadəsi etməsi haqda xüsusi lövhələr quraşdırılıb.
BAKU.WS

Daha çox xəbər:

Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur
Gündəm / Cəmiyyət
Bakıda tramvay və trolleybusların bərpa olunacağı vaxt açıqlandı
Cəmiyyət
Şəhid ailələrinə ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər edilsin - TƏKLİF
Gündəm / Cəmiyyət
Bakıda iş yerlərində pilləli iş prinsipi tətbiq edilə bilər - VİDEO
Cəmiyyət / Sosial
Karantindən sonra metro və avtobuslarda gediş haqqı artırılacaq?- AÇIQLAMA
İqtisadiyyat / Cəmiyyət / Sosial