Gündəm / Siyasət
21 oktyabr 2024
0
Fransanın kanak deputatları ələ alma siyasəti - müstəmləkəçiliyin köhnə taktikası - ŞƏRH
Əsrlər boyu ələ keçirdiyi müstəmləkələrində yerli xalqlara qarşı soyqırımı və s. cinayətlər törətmiş Fransa bu gün də bu riyakar siyasətini aparır. Belə bölgələrdən biri də Yeni Kaledoniyadır. Bölgəni hələ də müstəmləkə vəziyyətində saxlayan Fransa əsrlər boyu oranın yerli kanak xalqına müsibətlər və problemlər yaşadıb. Son illər də yerli xalq buna qarşı çıxıb, çoxsaylı etiraz aksiyaları keçirib. Yelisey sarayı isə bu aksiyaları qan içində boğub.
Neokolonial siyasətə qarşı mübarizəni prioritet elan edən Azərbaycan da dəfələrlə bununla bağlı müxtəlif beynəlxalq tədbir və konfranslar keçirib. Bu məsələ Bakı Təşəbbüs Qrupunun keçirdiyi çoxsaylı tədbirlərdə qaldırılıb.
Mediada yer alan xəbərlərə görə, Yeni Kaledoniya Konqresinin yeni seçilmiş prezidenti Veylma Falaeo aprel ayında Azərbaycan parlamenti ilə imzalanmış əməkdaşlıq sazişinin ləğv edildiyini bəyan edib. Bunun səbəbi bəllidir. Fransa hər vəchlə bu bölgədə nəzarətini qoruyub saxlamağa cəhd göstərir. Neçə müddətdir ki, yerli kanak xalqı azadlıq, müstəqillik mübarizəsini gücləndirib, müxtəlif beynəlxalq tribunalardan haqq səsini qaldırmağa çalışır. Ortada konkret nəticələr də var. Etirazlar o həddə çatıb ki, Fransa ölkədə hərbi iştirakını artırıb, yerli insanların hüquqlarını məhdudlaşdırıb, etiraz etmələrini qadağan edib. Çıxış yolunu da, deyəsən, "axtarıb tapıb" - yerli parlamentdə kanak deputatlara müxtəlif şirnikləndirici vədlər verməklə. Buna da müvəqqəti nail olub. Məsələ ondadır ki, kanaklar hər zaman Yeni Kaldenoya parlamentində üstünlük təşkil ediblər. Ona görə də nazirlərin əksəriyyəti kanaklardan idi.
Əvvəla, Azərbaycanla saziş imzalananda Kaledoniya parlamentinin sədri kanak Rok Vamita idi. Həmin vaxt parlamentdə müstəqillik tərəfdarları - kanaklar 27 yer, Fransa tərkibində qalmaq istəyən fransızlar isə 26 yer tuturdu. Fransızlar kanakların daxilində Valis Futunadan olan 3 deputatı öz tərəfinə çəkmək üçün müxtəlif vədlərlə çıxış ediblər. Fransız fraksiyasına qoşulmaq əvəzində onlara nazir, parlamentin sədri və s. postlar vəd ediblər. Görünür, bu vədlər nəticəsini də göstərib.
İkincisi, birləşmə nəticəsində fransızların fraksiyası bir nəfər çoxluq əldə edib. Nəticədə parlamentin sədri fransızların fraksiyasından seçilib. Yeni sədr köhnə məsələlərdən yalnız Azərbaycanla sazişə yenidən baxılması və ləğvi məsələsini qaldırıb. Fransızlar çoxluq olduğuna görə buna nail olublar. Azərbaycanla sazişin ləğv olunması bəyanatını da məhz yeni, fransızlardan olan parlament sədri bəyan edib.
Lakin məsələ ondadır ki, Fransa bu “uğuru” ilə o qədər də sevinməməlidir. Onun bu sevinci ən çox bir il çəkə bilər. Onların sazişinin ləğvi ömürlük deyil. Bir il sonra yenidən seçki olanda kanaklar çoxluq əldə etsə, yeni parlament sədri bu sazişi yenidən qüvvəyə mindirə bilər. Qeyd edilə bilər ki, kanaklardan olan əvvəlki parlament sədri Rok Vamitanın Azərbaycanla saziş imzalayanda fransızlar və Fransa hökuməti ona çox təzyiq etmişdi. O dövrdə parlament sədri olan kanak Rok Vamita bəyan etmişdi ki, onların beynəlxalq əlaqələr qurmaq, müttəfiqlər tapmaq, müstəqillik uğurunda mübarizə aparmaq hüquqları var.
Beləliklə, Fransa yenə ən cılız yolu seçməyə üstünlük verdi. Neokolonialist ölkə ümid edir ki, müstəqillik əldə etmək istəyən xalqların arzusunu bu yolla ürəklərində qoyacaq. Lakin yanılır. Proses artıq başlayıb və heç bir qüvvə, zor tətbiqi bunun qarşısını ala bilməz. Tək bir fakt: Yeni Kaledoniyada keçirilən etiraz aksiyalarına böyük əksəriyyət qoşulur və aksiyalarda tək bir şüar səsləndirilir - "Biz müstəqillik tərəfdarıyıq, heç bir ölkə də bizim bu istəyimizin reallaşmasına mane ola bilməz".
Yelisey sarayı və onun başında duran Emmanuel Makron hakimiyyəti də bu reallığı nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Lakin Makron administrasiyası hələ ki buna inanmaq istəmir. Ümid edir ki, sonuncu “uğuru” çox çəkəcək. Əslində isə belə deyil. Qeyd etdiyimiz kimi, keçmiş müstəmləkə xalqlar əvvəlki qaydada yaşamaq istəmir və müstəqilliyə can atırlar. Yəni, proses qarşısıalınmazdır. Sadəcə, zamana ehtiyac var.(Report)
Daha çox xəbər:
“Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır” - BƏYANAT
Gündəm / SiyasətYeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH
Gündəm / SiyasətFransa neokolonializminin qəddarlığı - Yeni Kaledoniyanın müstəqillik hərəkatı boğulur - ŞƏRH
Gündəm / SiyasətFransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH
Gündəm / SiyasətKayzi Pyer: “Biz fransız neokolonializmi ilə mübarizə aparırıq”
Gündəm / Dünya