Gündəm / Cəmiyyət
01 noyabr 2024
0
Spiker Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb,
Görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin inkişafında möhkəm əsas rolunu oynadığı bildirilib. Qeyd olunub ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.
Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına töhfə verir.
COP29-a hazırlığın yüksək sürətlə davam etdiyinin qeyd olunduğu görüşdə səfir Maksat Mamıtkanov qardaş ölkə kimi, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərə sevindiklərini bildirib.
Diplomat, Milli Məclisə seçkilərin uğurla keçirilməsi və Sahibə Qafarovanın yenidən parlamentin sədri seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.




Daha çox xəbər:

Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Gündəm / Cəmiyyət
Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşüb
Gündəm / Siyasət
Sahibə Qafarova Macarıstan Prezidenti ilə görüşdü - FOTO
Gündəm / Siyasət
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
Gündəm / Siyasət
Sahibə Qafarova Baş nazirlə regionu müzakirə etdi
Gündəm / Siyasət