Gündəm / Dünya
05 noyabr 2024
0
Fələstində ölən jurnalistlərin sayı 182-yə çatıb

Fələstinin Qəzza zolağında davam edən döyüşlər zamanı azı 182 jurnalist həlak olub.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Bütün Qəzza zolağında jurnalistlər üçün vəziyyət inanılmaz dərəcədə çətin və təhlükəlidir”, - deyə telekanal qeyd edib.
Kanal iddia edir ki, mülki ərazilər və infrastruktur tez-tez hədəfə alınır və hərbi hava hücumlarına məruz qalır, bu da jurnalistlərin hadisələri təhlükəsiz şəkildə işıqlandırmasını çətinləşdirir.

Daha çox xəbər: