Gündəm / Cəmiyyət
14 noyabr 2024
0
Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq.
“Report”a məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri təsdiq edib.
Həmin gün adıçəkilən komitədə büdcə zərfinə daxil olan qanun layihələrinin ilk müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Daha çox xəbər:

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - YENİLƏNİB
Gündəm / Mədəniyyət
Prezident 2023-cü il dövlət büdcəsini təsdiqlədi
Gündəm / Siyasət
Prezident bu qanun layihəsini parlamentin müzakirəsinə təqdim etdi
Gündəm / Cəmiyyət
Sabah gələn ilin büdcə müzakirəsi başlayır
Gündəm / Siyasət
Milli Məclisdə büdcə müzakirələri - Sahil Babayev parlamentə gəldi
Gündəm / Cəmiyyət