Gündəm / Cəmiyyət
28 iyul 2020
44
Bakı küçələrində yaşayan gəncin dramı
]Milliinfo.az
Onları çoxumuz “bomj” adlandırırıq. Səfil həyatı yaşayan bu insanlara Bakı küçələrində tez-tez rast gəlirik.
"Report"un əməkdaşları metronun Xətai stansiyasının yaxınlığında gecələyən, daha dəqiqi, gecə-gündüz həmin ərazidə olan Valehlə həmsöhbət olub.
Onun valideynləri Lənkəran şəhərində yaşayır, özü isə ömrünü paytaxt küçələrində keçirir.
Ömrünün gənclik çağında olsa da, sanki həyat öz yükünü vaxtından əvvəl Valehin çiyinlərinə yükləyib.
Valehin sadəcə bir qəhvəyi paltosu var. Yayın qızmar günəşinə baxmayaraq, paltonu əynindən çıxarmır.
Valeh yay-qış demədən dayancaqlarda, parklarda gecələyir. Ailə qurub qurmadığını soruşanda isə sualımıza yarıutancaq şəkildə “yox” cavabı verdi.

Daha çox xəbər:

Bakıda apteklərdən oğurluq edən “Qırmızı mopedli” şəxs saxlanıldı
Gündəm
Bakıda "bomj"ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi - TƏFƏRRÜAT
Hadisə
Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq
Cəmiyyət
"Xətai" stansiyasının açılacağı tarix məlum oldu
Cəmiyyət
Rusiyada yaşayan gənc Azərbaycanlı faciəli şəkildə dünyasını dəyişdi
Cəmiyyət / Hadisə / Foto