Gündəm / Dünya
22 noyabr 2024
0
Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib

Rusiya Federasiyası İstintaq Komitəsi Rusiya Federasiyası hökuməti yanında Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib.
Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə ekstremizm hərəkətləri iddia olunan videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya hökuməti yanında Moskva Maliyyə-Hüquq Universitetində "Mənim Vətənim: böyük və kiçik" adlı tələbə festivalı keçirilib.
Tədbir çərçivəsində universitetin Azərbaycan klubunu dəstəkləmək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də ona qoşulublar. Festivaldan sonra azərbaycanlı gənclər ana dilində "Yaşasın Azərbaycan!" şüarını səsləndiriblər. Ardınca da sosial şəbəkələrdə guya azərbaycanlı tələbələrin qanunazidd ekstremist şüarlar səsləndirdiyi təhrif olunmuş səsli videolar yayılmağa başlayıb.

Daha çox xəbər:

Putin İstintaq Komitəsi sədrinin müavinini vəzifədən uzaqlaşdırıb
Dünya
Rusiya ordusunda yeni həbslər - Təcili
Gündəm / Dünya
İstintaq Komitəsi: “Wildberries”in ofisində atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb
Gündəm / Dünya
Arazdəyəndə erməni-rus dostluq plakatının cırılması ilə bağlı cinayət işi başlayıb
Gündəm / Dünya
Hacı Beyləqanski 19 il müddətinə həbs edildi
Gündəm / Hadisə