Gündəm / Dünya
11 oktyabr 2023
1
Arazdəyəndə erməni-rus dostluq plakatının cırılması ilə bağlı cinayət işi başlayıb

Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi, həmçinin, Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən plakatı cırması ilə bağlı cinayət işi başlayıb.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, sentyabrın 26-da saat 17:40 radələrində naməlum şəxslər avtomobillə Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə gələrək, xidmətdə olan hərbçiləri hədələyiblər və orada yerləşdirilən plakatı zədələyiblər. Bu fakt əsasında İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 264 və 194-cü (Əmlakla hədələmə və ziyan vurma) maddələri ilə iş başlayıb.

Daha çox xəbər:

Erməni hərbçilərin sərhədçilərimizi atəşə tutma ANI - VİDEO
Hadisə
Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı
Hadisə
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Gündəm / Cəmiyyət
Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Hadisə
Erməni ordusunun Qazax sakinlərinə vurduğu maddi zərərlə bağlı cinayət işinə başlanılıb - RƏSMİ
Siyasət