Gündəm / Cəmiyyət
10 iyul 2021
36
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktına görə Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bidirilib ki, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Daha çox xəbər:

Azərbaycanda generalın rəis qardaşı xidməti otağında özünü güllələdi
Gündəm / Cəmiyyət
Polis rəisinin özünü öldürdüyü yerdən GÖRÜNTÜLƏR - VİDEO
Gündəm / Video
Polislə hərbçini əzib keçən taksi sürücüsünə cinayət işi açıldı
Hadisə
Xırdalanda gənc özünü binanın 5-ci mərtəbəsindən atdı
Hadisə
DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı cinayət işi başlandı
Siyasət