Gündəm / Dünya
25 noyabr 2024
0
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
İsrail, Amerika və Livan mənbələri bildiriblər ki, İsrail “Hizbullah” ilə Livanda atəşkəs barədə təklif olunan sazişi ilkin olaraq təsdiqləyib və bu, indi Nazirlər Kabinetinin son təsdiqinə təqdim olunmalıdır.
Bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ-nin regiondakı xüsusi nümayəndəsi və Prezident Cozef Baydenin emissarı Eymos Hokstin noyabrın 24-də axşam Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.
Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid sosial şəbəkədə mənbəyə istinadən bildirib ki, Hokstin İsrail hakimiyyətini Livanda atəşkəsə tezliklə razılıq verməyəcəyi təqdirdə vasitəçilik səylərini dayandırmaqla hədələyib.
Daha çox xəbər:
İsrailin səhər hücumu: ölənlərin sayı 200-ə çatır
Gündəm / Dünya“Hizbullah”ın daha bir komandiri Livanda həlak oldu
Gündəm / DünyaLivanda “Hizbullah”ın səhra komandiri öldürülüb
Gündəm / DünyaLivan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb
Gündəm / Cəmiyyətİsrail Hizbullahın daha bir komandirini məhv etdi
Gündəm / Dünya