Gündəm / Cəmiyyət
02 dekabr 2024
0
KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb

Sian şəhərindəki Qazaxıstan-Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300-cü konteyner qatarı yola salınıb.
Qatar “ADY Express” (Azərbaycan) və "Xi'an Free Trade Port” (Çin) ilə əməkdaşlıq çərçivəsində göndərilib.
"Qazaxıstan ərazisindən Azərbaycana gedən yubiley qatarı yükgöndərənlərin TBNM-ə marağının yüksək olduğunu və onun Çin ilə Avropa arasında sürətli və səmərəli əlaqəni təmin edən əsas nəqliyyat dəhlizlərindən biri kimi strateji əhəmiyyətini vurğulayır", - şirkət qeyd edir.
KTZ-nin məlumatına görə, ötən il TBNM vasitəsilə 11, bu ilin əvvəlindən isə artıq 300 konteyner qatarı daşınıb.
"Bu nəticə əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in səmərəliliyinin sürətlə artdığını təsdiqləyir", - məlumatda qeyd olunur.
Bildirilib ki, Siandakı terminal TBNM-in inkişafına yeni təkan verən mühüm logistika qovşağıdır.
"Çinin müxtəlif əyalətlərindən yüklərin burada konsolidasiyası logistika proseslərini optimallaşdırmağa imkan verib və nəticədə daşımalar üzrə yüksək göstəricilər əldə edilib. Bu, KTZ-nin Çin və Azərbaycan üzrə dəmir yolu və liman administrasiyaları, eləcə də TBNM-in digər iştirakçıları ilə birgə iş sayəsində mümkün olub", - məlumatda vurğulanıb.
Hazırda TBNM vasitəsilə Çindən daşımaların həcmi iyirmi fut ekvivalentində 27 000 konteyneri ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Daha çox xəbər:

Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacağıq
Gündəm / Sosial
Abdulkadir Uraloğlu: "Orta Dəhliz ilə uzunmüddətli dövrdə 1 500 blok qatar hərəkət edəcək"
Gündəm / Cəmiyyət
Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qaldı
Gündəm / Hadisə
Dünyanın ən böyük konteyner gəmisi ilk səfərinə başlayıb
Dünya
Bakı metrosunda qatarların hərəkətində 11 dəqiqə yubanma olub
Gündəm / Cəmiyyət