Gündəm / Cəmiyyət
03 dekabr 2024
0
AMEA-nın vitse-prezidenti: Gənc alimlər islam dünyasında elmi yüksək səviyyədə təmsil etməlidirlər
Gənc alimlər islam dünyasında elmi yüksək səviyyədə təmsil etməlidirlər.
Bunu AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev Şuşada keçirilən "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda elmdə yeni addımlara imza ata biləcək yetərincə gənc alim yetişir:
"Ölkəmizdə hazırda 51 universitetdə 320 mindən artıq ali təhsil alan insan var. Onların 96 faizi gənclərdir. Bundan başqa, Azərbaycanda 134 elmi müəssisə var. Bu müəssisələrdə 14 min tədqiqatçı fəaliyyət göstərir. Onların da əksər hissəsi gənclərdir".
D.Tağıyev hazırda Şuşa şəhərində "Gənclər paytaxtı"nın bağlanış mərasimi çərçivəsində 29 ölkədən 200-dən çox nümayəndənin iştirak etdiyini vurğulayıb.
Daha çox xəbər:
AMEA-nın şöbə müdiri vəfat edib
Gündəm / Hadisə“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənədlər onlayn qəbul olunur
Təhsilİsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNİB
Gündəm / CəmiyyətAzərbaycanlı alim beynəlxalq videokonfransda çıxış edib
Gündəm / TəhsilAMEA-nın sabiq prezidenti vəfat etdi
Siyasət