Gündəm / Cəmiyyət
03 dekabr 2024
0
Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Dekabrın 3-də Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Daha çox xəbər:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olundu
Gündəm / SiyasətZakir Həsənov Gülerlə hərbi əməkdaşlıqdan danışdı
Gündəm / SiyasətZakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar
Gündəm / CəmiyyətAzərbaycanda Milli Müdafiə Universiteti yaradıldı
Gündəm / CəmiyyətAzərbaycanlı polkovnikə Türkiyədə vəzifə verildi
Gündəm / Cəmiyyət