Gündəm / Dünya
04 dekabr 2024
0
Cənubi Koreyada kütləvi istefalar başladı
Cənubi Koreya Prezidenti Yun Sok Yol administrasiyasının rəhbərləri, o cümlədən onun baş katibi ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Prezident administrasiyasının yüksək rütbəli üzvləri, o cümlədən baş katib dekabrın 4-ü səhər kollektiv şəkildə istefaya getdiklərini bəyan ediblər”, - nəşr yazır.
Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol bundan əvvəl Şimali Koreya tərəfdarı olan qüvvələri təmizləmək və liberal konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyətin tətbiq edildiyini açıqlamışdı.
Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Ölkə parlamenti də öz növbəsində iclas keçirərək hərbi vəziyyətin ləğvinə səs verib. Müvafiq məzmunlu qətnaməni tədbirdə iştirak edən 190 deputatın hamısı dəstəkləyib. Daha 110 deputat müzakirədə iştirakdan imtina edib.
Yun Sok Yol daha sonra bəyan edib ki, o, qarşıdakı kabinet iclasında ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətindədir.
Daha çox xəbər:
KXDR Cənubi Koreyaya xəbərdarlıq edib
Gündəm / Dünyaİlham Əliyev Koreya Prezidentini təbrik edib
Gündəm / SiyasətŞimali Koreya lideri Kim Çen İr vəfat edib
Hadisə / DünyaYeni müharibə? - Şimali Koreya cənuba 200 mərmi atıb, təxliyə gedir...
Gündəm / DünyaKim Çen In Cənubi Koreyanın hədəsinə belə cavab verdi: Nüvə hücumu olacaq
Dünya / Gündəm