Gündəm / Siyasət
05 dekabr 2024
0
İlham Əliyev: Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub:
"Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalıb. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil".
Daha çox xəbər:
“Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur” - İlham Əliyev
Gündəm / Siyasətİcma: “Azərbaycana məxsus olan, indiki Ermənistan ərazisində yerləşən məscidlər və qəbiristanlıqlar dağıdılıb”
Gündəm / Cəmiyyətİcma: Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır
Gündəm / Cəmiyyətİsrail Prezidenti və xanımı İçərişəhərdə
Gündəm / Siyasət“Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”
Gündəm / Siyasət