Gündəm / Siyasət
05 dekabr 2024
0
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
Xəbər verdiyimiz kimi, Ermənistan XİN ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün nəzərdə tutulmadığını açıqlayıb.
XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detalları məlum olub.
Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.
Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.
“Buna görə Azərbaycan ABŞ-nin, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.
Azərbaycan məhz ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.(APA)
Daha çox xəbər:
Ceyhun Bayramov Blinken və Mirzoyanla görüşəcək
Gündəm / SiyasətÜçtərəfli görüşün saatı məlum oldu
Gündəm / CəmiyyətÜçtərəfli danışığın detalları AÇIQLANDI
SiyasətCeyhun Bayramov və Mirzoyan bu tarixdə görüşəcəklər
Gündəm / SiyasətBlinken Azərbaycan-Ermənistan danışıqları barədə şərh verdi - FOTO
Gündəm / Siyasət