Gündəm / Siyasət
05 may 2023
0
Blinken Azərbaycan-Ermənistan danışıqları barədə şərh verdi - FOTO

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan görüşlərdən bəhs edib.
Bu barədə o “Twitter” səhifəsində qeyd edib.
“Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etməkdən şərəf duydum. Əldə olunmuş irəliləyişdən məmnunam və razılığın əldə olunmasına nikbin yanaşıram”, - Blinken qeyd edib.
Xatırladaq ki, 2023-cü il 1-4 may tarixində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.


Daha çox xəbər:

Ceyhun Bayramov Blinken və Mirzoyanla görüşəcək
Gündəm / Siyasət
“ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır” - Blinken
Gündəm / Siyasət
Ceyhun Bayramovla Mirzoyanın görüşündən - Fotolar
Gündəm / Siyasət
Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü
Gündəm / Siyasət
Üçtərəfli danışığın detalları AÇIQLANDI
Siyasət