Gündəm / Dünya
10 dekabr 2024
0
KİV: ABŞ Suriyadakı müttəfiq qüvvələrin mühüm mövqelər tutmasına kömək edib
Suriyadakı Amerika hərbçiləri müxalifət tərəfindən ələ keçirildikdən sonra müttəfiq qüvvələrə ölkədə bir sıra strateji əhəmiyyətli mövqeləri tutmağa kömək edib.
Bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, Suriyanın şərqində müxtəlif nöqtələrdə yerləşdirilmiş 800-ə yaxın ABŞ hərbçisi müttəfiq qüvvələrin səylərini koordinasiya edib və onlara Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və İranın illərlə saxladığı strateji əraziləri ələ keçirməyə şərait yaradıb.
Bundan başqa, Amerika tərəfi qonşu İraqı ölkə ərazisində yerləşən İran və İranın dəstəklədiyi hərbi qüvvələrin Suriya sərhədini keçməsinə icazə verməməyə çağırıb. Eyni zamanda Amerika qüvvələrinin diqqəti əsasən hazırda İŞİD terror qruplaşmasının Suriyadakı xaosdan yararlanmasının qarşısını almağa yönəlib.
Daha çox xəbər:
KİV: Suriyadakı müxalif qüvvələr Hələbin böyük hissəsinə nəzarəti ələ keçirib
Gündəm / CəmiyyətPentaqon İran mətbuatının yaydığı xəbəri təkzib etdi
Gündəm / DünyaƏrdoğanın açıqlaması PKK-nı panikaya salıb - Dəhşətli plan işə düşdü
Gündəm / DünyaKİV: Əsəd Türkiyə ilə təmaslar axtarmağa başlayıb
Gündəm / DünyaAmerika İrana qarşı yeni hiyləyə əl atır
Gündəm / Siyasət / Dünya