Gündəm / Dünya
03 sentyabr 2021
22

Pentaqon İran mətbuatının yaydığı xəbəri təkzib etdi

Pentaqon İran mətbuatının yaydığı xəbəri təkzib etdi

Pentaqon ABŞ ordusunun son günlərdə Suriyadakı bir sıra hərbi bazaları tərk etməsi barədə KİV-də gedən məlumatları təkzib edib.

Bu barədə Milliinfo.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu, belə deyil. Suriyadakı missiyamızın parametrləri eyni qalır”, - ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi “RİA Novosti”yə deyib.

Daha əvvəl İran KİV-i bildirmişdi ki, ABŞ qoşunları Suriya ərazisində üç bazanı tərk edib.