Gündəm / Hadisə
10 dekabr 2024
1
DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun məhkəməsi başlayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk iclasda müttəhim polkovnikin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Tərəflərin razılığı ilə cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.
İlham İbrahimovun sədrlik etdiyi hakimlər polkovnikin həbsdə mühakimə edilməsinə qərar veriblər.
İlk baxış iclası dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.
Cəlilov Dövlət Xidmətinin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib.
Daha çox xəbər:
DTX-nin saxladığı gömrükçülər barədə - Qərar
Gündəm / HadisəNaxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib
Gündəm / CəmiyyətNaxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar
Gündəm / HadisəBu rayonun da hərbi komissarı saxlanıldı
Gündəm / HadisəRüşvətə görə tutulan hərbi komissar hakim qarşısına çıxarılır
Cəmiyyət