Gündəm / İdman
16 dekabr 2024
1
"Qarabağ" bu gün "Sumqayıt"la üz-üzə gələcək

"Qarabağ" Misli Premyer Liqasında bu gün "Sumqayıt"la üz-üzə gələcək.
XVII turun son matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Saat 19:00-da start götürəcək görüşü Tural Qurbanov idarə edəcək. Ehtiyatda bir oyunu olan "köhlən atlar" hazırda 38 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.
Misli Premyer Liqası
II dövrə, XVII tur
16 dekabr
19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib.

Daha çox xəbər:

Premyer Liqa: “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək
İdman
Azərbaycan Premyer Liqası: Bu gün VI turun daha iki oyunu keçiriləcək
Gündəm / Siyasət
Premyer Liqa: “Qarabağ” “Kəpəz”i, “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək
Gündəm / İdman
Bu gün "Neftçi" "Qarabağ"la üz-üzə gələcək
İdman
"Qarabağ" bu gün "Sabah"la, "Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək
Gündəm / Dünya