Gündəm / Təhsil
16 dekabr 2024
1
Polis Akademiyasına sənəd qəbulu BAŞLADI

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “Hüquqşünaslıq” ixtisası (III qrup) üzrə əyani təhsilə 500, “İnformasiya təhlükəsizliyi” ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə elan edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış sinfində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2025-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) kişilər iştirak edə bilərlər.
Sənəd qəbulu bu gündən 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
İmtahan şərtləri ilə buradan tanış ola bilərsiniz.

Daha çox xəbər:

Ali məktəb və kolleclərə yenidən ərizə qəbulu elan olundu
Gündəm / Siyasət
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
Gündəm / Cəmiyyət
DSX akademiyasında oxumaq istəyənlərin nəzərinə!
Gündəm / Cəmiyyət
Magistraturaya sənəd qəbulu BAŞLADI
Gündəm / Cəmiyyət
Bu gündən bağça müəllimlərinin işə qəbuluna başlanılır
Gündəm / Cəmiyyət