Gündəm / Dünya
17 dekabr 2024
0
Cənubi Koreya Moskva və Pxenyanla əməkdaşlıq edənlərə qarşı sanksiyalar tətbiq edib

Cənubi Koreya Rusiya və Şimali Koreya arasında "qanunsuz hərbi əməkdaşlıqda" iştirak edən 11 fiziki şəxs və 15 təşkilata qarşı birtərəfli sanksiyalar tətbiq edib.
Bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hökumət Rusiya və Şimali Koreya arasında qanunsuz hərbi əməkdaşlıqda, həmçinin Şimali Koreyanın nüvə və raket proqramlarının maliyyələşdirilməsi, eləcə də material təminatında iştirak edən 11 fiziki şəxs və 15 təşkilata qarşı birtərəfli sanksiyalar tətbiq edir. Bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur", - məlumatda bildirib.
Bildirilib ki, sanksiyalar dekabrın 19-u gecə yarısı qüvvəyə minəcək. Sanksiya tətbiq edilən subyektlərlə bütün maliyyə və valyuta əməliyyatları Maliyyə Xidmətləri üzrə Komissiyanın və ya Koreya Mərkəzi Bankının əvvəlcədən icazəsini tələb edir. Sanksiyaları pozanlar mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Daha çox xəbər:

Şimali Koreya lideri Kim Çen İr vəfat edib
Hadisə / Dünya
Kim Çen In Cənubi Koreyanın hədəsinə belə cavab verdi: Nüvə hücumu olacaq
Dünya / Gündəm
Cənubi Koreya polisi prezidentin ofisində axtarış aparıb
Gündəm / Cəmiyyət
KXDR Cənubi Koreyaya xəbərdarlıq edib
Gündəm / Dünya
Yeni müharibə? - Şimali Koreya cənuba 200 mərmi atıb, təxliyə gedir...
Gündəm / Dünya