Gündəm / Dünya
21 dekabr 2024
1
Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov Avropa Parlamentinin deputatlarını ölkənin işlərinə qarışmamağa və orada baş verən hadisələri obyektiv qiymətləndirməyə çağırıb.
S.Japarov bunu Bişkekdə Qırğızıstanın bütün regionlarının nümayəndələrinin 3-cü qurultayında bildirib.
"Biz müstəqil dövlətik, ona görə də bizim proseslərə qarışmaq lazım deyil", - o bildirib.
Bir neçə gün əvvəl Avropa Parlamenti Qırğızıstan Sosial Demokrat Partiyasının (SDPK) lideri Temirlan Sultanbekovu dəstəkləyən qətnamə qəbul edib. O, iki partiya yoldaşı ilə birlikdə yerli seçkilərdən əvvəl seçiciləri ələ almaqda şübhəli bilinərək həbs edilmişdi. Bundan sonra partiya seçkilərdə iştirakdan kənarlaşdırılıb.
S.Japarov, həmçinin vurğulayıb ki, Qırğızıstan Avropa ölkələrinin təcrübəsini mənimsəməyə və onlarla tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır: "Biz belə əməkdaşlığa açığıq".
Prezident əlavə edib ki, Qırğızıstan hazırda inkişafın mühüm mərhələsindən keçir.

Daha çox xəbər:

Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb
Gündəm / Siyasət
“Azərbaycanın biznes dairələrini bazarımızda salamlayırıq" - Sadır Japarov
Gündəm / Siyasət
Qırğızıstan Prezidenti İlham Əliyevə ZƏNG ETDİ
Gündəm / Siyasət
Qırğızıstan Prezidenti sabah Azərbaycana gəlir
Gündəm / Siyasət
Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb
Gündəm / Siyasət