Gündəm / Dünya
23 dekabr 2024
1
İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb

İran Azad Universitetinin tibb elmləri fakültəsində təhsil haqqı 300 faiz artırıldığından tələblər ödəniş edə bilmir və nəticədə borclu qalıblar.
Bunu İran parlamenti təhsil komissiyasının üzvü Ramzan Rəhimi-Daştlui bildirib.
Onun sözlərinə görə, universitetdə təhsil haqqı gözlənilmədən 300 % artırılıb:
“Bundan parlament və Elm nazirliyinin xəbəri olmayıb. Halbuki ali təhsil müəssisəsi qiymət artımını imtahan qeydiyyat kitabçasında qeyd etməli idi. Ona görə bu, imtahan verənlərin hüquqlarının pozulmasıdır".
Artıq on gündən artıqdır ki, tələbələr qərara qarşı etiraz edirlər.
Rektor Məhəmməd Mehdi Tehrançı isə artımın təbii olduğunu deyib:
“Biz gəlir-xərc prinsipi ilə işləyən müəssisə olduğumuzdan hökumətin çiyinlərində yük deyilik”.
Qeyd edək ki, İran Azad Universiteti 1983-cü ildə Əliəkbər Haşimi-Rəfsəncaninin təklifi ilə yaradılıb və ölkənin ən varlı ali təhsil ocağı sayılır.

Daha çox xəbər:

Bu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək
Siyasət
Doktorantlar üçün təhsil xərclərinin miqdarı müəyyənləşib
Təhsil
"Dövlət başçısı bu krediti nə vaxtsa bağışlaya bilər" - AÇIQLAMA
Gündəm / Cəmiyyət
Kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayıb
Gündəm / Təhsil
Təhsilhaqqı YÜKSƏK... təhsil səviyyəsi AŞAĞI... - FAKT BUDUR!
Gündəm / Cəmiyyət