Gündəm / Cəmiyyət
21 iyun 2022
26
Təhsilhaqqı YÜKSƏK... təhsil səviyyəsi AŞAĞI... - FAKT BUDUR!
Azərbaycanda təhsil haqlarının həddindən artıq yüksək olması hər il xoşagəlməz hallara səbəb olur. Əhalinin gəlirləri ilə müqayisədə qat-qat baha olan bu qiymətlər yüzlərlə tələbəni qəbul olunduğu ixtisaslar üzrə təhsil almaq hüququndan məhrum edir. Yüksək təhsil haqqı tələbələrin sevincini qursağında qoysa da, ali məktəb rəhbərliyi zərrə qədər də təəssüf hissi keçirmir. Təhsil ocaqlarına kommerisya obyekti kimi baxan rektorlar öz gəlirlərini artırmaq üçün ildən-ilə qiymətləri daha da artırır. Ənənəyə uyğun olaraq bu il Azərbaycanda ali məktəblərdə bəzi ixtisaslara qəbul üzrə təhsil haqlarında artım müşahidə edilir.
Məhz bu səbəbdən də təhsil eksperti Elçin Əfəndi ali təhsil müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğin mümkün qədər aşağı salınmasını təklif edir.
Azərbaycanda illik təhsil haqlarının region ölkələrə baxanda olduqca çox olduğunu vurğulayan E.Əfəndinin “Şərq”ə açıqlamasına görə, cari ildə də bəzi universitetlərin illik təhsil haqlarında əsassız artımlar müşahidə olunur: “Hər hansı bir Universitetin turizm işinin təşkili ixtisasının illik təhsil haqqı Maliyyə ixtisasının təhsil haqqından daha çoxdur. Burada məqsəd az bal toplayan abituriyentləri “tor”a salmaqdır. Baxın, bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Niyə? Çünki universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan, “təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq. Halbuki, ödənilən təhsil haqqı, təhsilin keyfiyyətindən yüksəkdir. Aldığımız təhsil haqqı ilə keyfiyyət verə bilmirik. Tələbənin ödədiyi illik təhsil haqqı ilə ona keçilən dərsin keyfiyyəti arasında böyük bir ziddiyyət var.
Bir neçə universiteti çıxmaqla Azərbaycanda fəaliyyət göstərən heç bir ali təhsil ocağının “kampus”ları yoxdur, yataqxanalar bərbad vəziyyətdədir, laboratoriyalarında iş aparılmır.
Müasir təhsil standartları və innovasiyalara cavab verən təhsil bazaları da yoxdur. Əgər tələbələri bununla təmin etmiriksə, bu qədər yüksək təhsilhaqqı tələbi də səhvdir”.
Ekspertin sözlərinə görə, universitetlərdə təhsil haqlarının yüksək olması elə vəziyyət yaradır ki, abituriyentlər xarici təhsil müəssisələrinə müraciət edir.
Daha çox xəbər:
Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
TəhsilPrezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Gündəm / Siyasət7 min tələbə təhsil haqqına görə təhsilini yarımçıq qoyub - NƏ BAŞ VERİR?
Gündəm / CəmiyyətAzərbaycanda bahalı təhsil: Qızların universitet yolunu kəsir - NƏ ETMƏLİ?
Gündəm / SosialAli məktəblərdə dərslər hansı qaydada başlayacaq? - AÇIQLAMA
Gündəm / Təhsil