Gündəm / Dünya
24 dekabr 2024
0
KİV: Türkiyə Suriyaya 300 minlik ordu qurmağa kömək edəcək
Türkiyə Suriyanın yeni hakimiyyətinə 300 minlik nizami ordu yaratmaqda kömək edəcək.
Bu barədə Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman "Turkiye" qəzetinə bildirib.
"Məqsədimiz bir il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət bunu zəruri edir", - o bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və qısa müddətdə onların sayı 150-200 min nəfərə çatacaq.
"Yaradılacaq orduya İdlibdən "Həyat Təhrir əş-Şam" qruplaşmasının təxminən 40 min üzvü, "Suriya Xalq Ordusunun" 50 min əsgəri, həmçinin keçmiş prezident Bəşər Əsəd rejiminin cinayətlərinə qarışmayan hərbçilər və kəşfiyyat əməkdaşları daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir", - Ə.Osman qeyd edib.
Qəzetin yazdığına görə, türk hərbi kontingenti Suriya ərazisində beş əhəmiyyətli nöqtədə yerləşdiriləcək.
Daha çox xəbər:
Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər
Gündəm / DünyaKİV: ABŞ Suriyadakı müttəfiq qüvvələrin mühüm mövqelər tutmasına kömək edib
Gündəm / DünyaƏsəd Suriyanın yenidən azad və müstəqil ölkə olacağına ümid edir
Gündəm / Dünyaİki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb
Gündəm / HadisəKİV: Əsəd Türkiyə ilə təmaslar axtarmağa başlayıb
Gündəm / Dünya