Gündəm / Cəmiyyət
27 dekabr 2024
2
"Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb

Milli Məclisdə "Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb.
"Report"un əldə etdiyi məlumata görə, layihəni işçi qaydada parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayib.
Yeni qanun layihəsi qanunverici orqanın payız sessiyası üçün işlər planına salınsa da, sənədin gələn ilin yaz sessiyası müddətində Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Xatırladaq ki, VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyası dekabrın 29-da yekunlaşacaq.

Daha çox xəbər:

Milli Məclisin yaz sessiyası başlayır
Gündəm / Cəmiyyət
Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
Gündəm / Cəmiyyət
MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
Gündəm / Cəmiyyət
MM-in yaz sessiyasının işləri planına daxil edilmiş iki layihə qəbul edilməyib - SİYAHI
Gündəm / Dünya
Parlamentin payız sessiyası başlayır - 18 məsələ müzakirə ediləcək
Gündəm / Siyasət