Gündəm / Cəmiyyət
26 may 2022
2 873
MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.
Parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:
- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
- “Ali təhsil haqqında” qanun layihəsi;
- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Daha çox xəbər:

Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
Gündəm / Cəmiyyət
Milli Məclisin yaz sessiyası başlayır
Gündəm / Cəmiyyət
"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Gündəm / Cəmiyyət
Milli Məclisin plenar iclaslarında gələn ilin büdcəsinin müzakirəsi başlayır - Bu gündən
Gündəm / Siyasət
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yazda müzakirə olunacaq
Gündəm / Cəmiyyət