Gündəm / Cəmiyyət
15 dekabr 2021
28

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yazda müzakirə olunacaq

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yazda müzakirə olunacaq

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirələri tamamlanmış vəziyyətdədir. Ümid edirəm ki, yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əsas məqamlarından biri odur ki, bu prosesi həyata keçirməkdə əziyyət çəkən sosial, iqtisadi cəhətdən zəif olan kütlənin problemləri nəzərə alınaraq istənilir.

"Bu, bahalı bir prosedurdur. İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərin sayı artdıqca, onu da buraya aldıqdan sonra məsələ daha rahat bir şəkildə həllini tapacaq", - deyə R.Mahmudov vurğulayıb.