Gündəm / Dünya
13 yanvar 2025
0
Kaxa Kaladze: Gürcüstanda inqilab olmayacaq

Hər bir vətəndaş sakit şəraitdə öz fikrini ifadə edə bilər, lakin heç kimə ölkədə inqilab etməyə icazə verilməyəcək.
Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
“Hər bir şəxs sakit şəraitdə öz fikrini ifadə edə bilər, lakin zorakılığa keçəndə ölkədə inqilab, çevriliş etmək istəyi yaranır, dostlar, bu baş tutmayacaq", - o bildirib.
Kaladzenin sözlərinə görə, 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü arzusu" qalib gəlib. O, müxalifəti məğlubiyyətlə barışmağa çağırıb.
"Dövlətçilik var və inqilab baş tutmayacaq. Seçkilər var və hakimiyyət onların vasitəsilə dəyişir. Siz seçkilərdə məğlub oldunuz. Sizi gürcü xalqı məğlub etdi. 1 milyon 200 min insan sülhü dəstəkləyib və faşizmə yox deyib", - Tbilisi meri əlavə edib.
Siyasətçi müxalifətə xatırladıb ki, onların nümayəndələri də Gürcüstanın vətəndaşlarıdır və ölkə qanunlarına əməl etməlidirlər.

Daha çox xəbər:

Zelenski Gürcüstandan onlara sanksiya tətbiq etdi - Siyahı
Gündəm / Dünya
Gürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib
Dünya
Yenidən öz postlarına namizəd olacaqlar
Gündəm / Dünya
Tiflisdən dünyaya çağırış: Müdaxilə etməyin!
Gündəm / Dünya
Gürcüstanda hakim partiyanın prezidentliyə namizədi o oldu
Gündəm / Dünya