Gündəm / Dünya
15 yanvar 2025
0
Gürcüstan səfirliyi: Əbu-Dabidə iki deputatın iştirakı ilə baş verən insident araşdırılır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində hüquq-mühafizə orqanları hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasından olan deputatlar İrakli Zarkua və Viktor Sanikidzenin iştirakı ilə baş verən hadisəni araşdırır.
Bu barədə ölkə səfirliyindən bildirilib.
"Bizdə olan məlumata görə, hadisənin araşdırılması ilə yerli hüquq-mühafizə orqanları məşğul olur", - məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl deputatların istirahət etdikləri Əbu-Dabidəki otel restoranlarından birində insidentin baş verdiyi barədə məlumat verilmişdi. Həmin oteldə istirahət edən gürcü mənşəli şəxslərdən biri onları və hakimiyyəti təhqir edib, nalayiq sözlər işlədib. Növbəti gün onlar arasında dava düşüb.
Deputatlar insidentdən sonra sosial şəbəkədə video paylaşaraq baş verənləri şərh ediblər. Onların sözlərinə görə, hadisə ilə fəxr etmək olmaz, lakin onlar "opponentin bu cür davranışını cavabsız qoya bilməzdilər".
Daha çox xəbər:
Yenidən öz postlarına namizəd olacaqlar
Gündəm / Dünyaİlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında - CANLI
Gündəm / SiyasətƏbu-Dabinin vəliəhdi İlham Əliyevə zəng etdi
Gündəm / SiyasətZelenski Gürcüstandan onlara sanksiya tətbiq etdi - Siyahı
Gündəm / DünyaƏli Əsədov BƏƏ-yə getdi - FOTOLAR
Gündəm / Siyasət