Gündəm / İqtisadiyyat
21 yanvar 2025
0
Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,68 % azalaraq 82,95 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 80,14 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Daha çox xəbər:

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb
Gündəm / İqtisadiyyat
Azərbaycan nefti cüzi ucuzlaşıb
Gündəm / Cəmiyyət
Azərbaycan neftinin qiyməti 73 dollara düşüb
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
Gündəm / İqtisadiyyat