Gündəm / İqtisadiyyat
10 yanvar 2025
0
Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,33 % artaraq 79,77 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,19 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Daha çox xəbər:
Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır
Gündəm / İqtisadiyyatAzərbaycan neftinin qiyməti 76 dolları keçib
İqtisadiyyatAzərbaycan nefti cüzi ucuzlaşıb
Gündəm / CəmiyyətAzərbaycan neftinin qiyməti 75 dolları keçib
Gündəm / İqtisadiyyatAzərbaycan neftinin qiyməti 73 dollara düşüb
Gündəm / İqtisadiyyat