Gündəm / Dünya
11 fevral 2025
0
Finlandiya polisi barıt zavodunun yaxınlığında PUA-ların qanunsuz uçuşlarını araşdırır
![Finlandiya polisi barıt zavodunun yaxınlığında PUA-ların qanunsuz uçuşlarını araşdırır](https://azadmedia.az/uploads/posts/2025-02/1739269160_e21d3811-d887-33fb-bc62-6ffe7f50e7fe_850.jpg)
Finlandiya polisi barıt istehsalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşlarını araşdırır.
Bu barədə “Yle” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"Polis Vihtavuoridəki (Mərkəzi Finlandiya) “Nammo” barıt zavodunda bir neçə icazəsiz PUA uçuşunu araşdırır", - materialda qeyd olunur.
Mərkəzi Cinayət Polisinin cinayət işləri üzrə komissarı Yussi Luoto bildirib ki, hüquq-mühafizə orqanları “Nammo” zavodunun ərazisində və ya bilavasitə yaxınlığında bir neçə dəfə PUA uçuşu qeydə alıb.
Telekanal dəqiqləşdirib ki, zavodun ərazisi və ətrafı uçuşsuz zonadır. Araşdırma ilkin mərhələdədir, buna görə də polis hadisələrin təfərrüatlarını açıqlamır. Dron uçuşları yanvarda və fevralın əvvəlində qeydə alınıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Polşa, Finlandiya, Norveç və Baltikyanı ölkələr “dron səddi” yaradacaq](https://www.xeberler.org/uploads/posts/2024-05/medium/1716631739_a9b0e3d2-8fd7-38c0-83c4-969fe1ce6c01_850.jpg)
Polşa, Finlandiya, Norveç və Baltikyanı ölkələr “dron səddi” yaradacaq
Gündəm / Dünya!["Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır](https://azadmedia.az/uploads/posts/2022-12/1672050421_1672044662_bayraktar_tb2_runway.jpg)
"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır
Gündəm / Şou![Qazaxıstan barıt anbarında partlayış - 4 ÖLÜ](http://azadmedia.az/uploads/posts/2022-10/1664864669_1664863789_84_tn.jpg)
Qazaxıstan barıt anbarında partlayış - 4 ÖLÜ
Gündəm / Dünya![Ordumuzun mövqeləri minaatanlardan atəşə tutuldu](https://azadmedia.az/uploads/posts/2023-09/1693642362_mudafie__1_.jpg)
Ordumuzun mövqeləri minaatanlardan atəşə tutuldu
Gündəm / Cəmiyyət![Türkiyə və Qazaxıstan birgə PUA istehsal EDƏCƏK](http://azadmedia.az/uploads/posts/2022-05/1652295679_1652280413_1652280238_img_20220511_184256_542-1.jpg)
Türkiyə və Qazaxıstan birgə PUA istehsal EDƏCƏK
Gündəm / Dünya