Gündəm / Hadisə
11 fevral 2025
0
Bakıda maskalı şəxslər restoranın kassasını talayıblar
![Bakıda maskalı şəxslər restoranın kassasını talayıblar](https://azadmedia.az/uploads/posts/2025-02/1739261649_1739261048_1739259307_67aafc9fc3edb67aafc9fc3edc173925903967aafc9fc3ed967aafc9fc3eda-1.jpg)
Bakıda quldurluq əməlini imitasiya edərək restoranın kassasını talayan şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 8-i səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq faktının baş verməsi barədə polisə məlumat daxil olub.
Zərərçəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar.
Nəsimi Rayon Polis İdarəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb.
Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar. Amma araşdırmaların gedişi zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən şəxs qismində istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və quldurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar. Tədbirlərin davamı olaraq A.Kakayev də saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı](/uploads/posts/2020-04/1588255482_57ea9f6e-101c-48cb-8b51-a2dc5d2152a0_108.jpg)
Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı
Gündəm / Hadisə![Goranboy polisindən əməliyyat: saxlanılanlar var](https://azadmedia.az/uploads/posts/2023-10/1697441388_polis-emeliyyat.jpg)
Goranboy polisindən əməliyyat: saxlanılanlar var
Gündəm / Hadisə![Paytaxtda quldurluq edən şəxs saxlanılıb](/uploads/posts/2020-04/medium/1587979402_15879789852761658739_1000x669.jpg)
Paytaxtda quldurluq edən şəxs saxlanılıb
Gündəm / Hadisə![Bərdədə qadına qarşı quldurluq edən şəxs TUTULDU](https://www.xeberler.org/uploads/posts/2022-11/medium/1668430045_fotojet-6-1.jpg)
Bərdədə qadına qarşı quldurluq edən şəxs TUTULDU
Gündəm / Hadisə![Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub](/uploads/posts/2020-04/medium/1587998757_158799602913307254_1000x669.jpg)
Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Gündəm / Hadisə