Gündəm / Siyasət
07 fevral 2025
0
Prezident Anar Əliyevi nazir təyin etdi
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, yeni nazir Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub. Nazir müavini vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.
Daha çox xəbər:
Prezident Anar Əliyevi nazir təyin etdi
Gündəm / SiyasətDövlət Məşğulluq Agentliyinə sədr təyin olunan Sadiq Əliyev KİMDİR? – DOSYE
Gündəm / SosialƏdliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR...
Gündəm / CəmiyyətSOCAR-da Rövnəq Abdullayevi əvəzləyən şəxs kimdir? - DOSYE
Gündəm / CəmiyyətMərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri kimdir? - DOSYE
Gündəm / Cəmiyyət