Gündəm / Cəmiyyət
06 fevral 2025
0
Lənkəranın bir sıra kəndlərini su basıb, 22 nəfər təxliyə olunub - RƏSMİ
Lənkəranda ötən gündən etibarən yağan güclü yağış bir sıra problemlər yaradıb.
Şəhərin mərkəzi küçələrini su basıb.
Sakinlərin sözlərinə görə, yağış sularının küçələrdə yığılıb qalmasına səbəb kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasıdır. Vətəndaşlar küçələrdən artıq maşınla da keçməyin mümkünsüz hala çevrildiyini deyirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər subasmaya məruz qalıb:
“Bununla əlaqədar dərhal Nazirliyin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub”.
Daha çox xəbər:
Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir
Gündəm / Cəmiyyət“Binə” və “Sədərəyi” su basdı - Video
Gündəm / CəmiyyətMasallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB
Gündəm / HadisəSiyəzəndə dənizdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB
Gündəm / HadisəDənizdə batan üçüncü şəxsin də meyiti tapıldı - YENİLƏNİB
Hadisə