Gündəm / Cəmiyyət
06 fevral 2025
0
“Politico”: Avropa İttifaqı ABŞ ilə əlaqələri qurmaq üçün lobbi şirkəti cəlb edib
Avropa İttifaqı (Aİ) diplomatları ticarət mübahisələri şəraitində ABŞ ilə əlaqələri qurmaq üçün Respublikaçılar Partiyası ilə əlaqəli “DCI Group” lobbi şirkətinin xidmətlərindən istifadə etməyi qərara alıblar.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Məlumata görə, nəşrin tanış olduğu sənəddə bildirilib ki, “DCI Group” "ABŞ-də Aİ nümayəndəliyinə xarici maraqlı tərəflər üçün kommunikasiya və ictimaiyyətlə əlaqələr strategiyası məsələləri üzrə məsləhət verəcək. Eyni zamanda xüsusi diqqət ABŞ-də Aİ-nin ticarət və investisiyalarının təşviqinə yönəldəcək.
Avropa Xarici Fəaliyyət Xidmətinin (Avropa İttifaqının vahid diplomatik xidməti) Vaşinqton şirkəti ilə bağladığı müqavilənin müddəti və məbləği barədə məlumat verilmir. Qəzetin sorğusuna cavabda təşkilatın diplomatik xidmətindən qeyd edilib ki, ABŞ-dəki Aİ nümayəndəliyi ölkədəki ictimaiyyətlə əlaqələrin təşviqi üçün müxtəlif resurslardan istifadə edir.
Daha əvvəl bildirildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından bütün idxala 10 % gömrük rüsumu tətbiq etmək imkanını nəzərdən keçirir. Vaşinqton administrasiyasında bu məsələ ilə bağlı tam razılıq hələ əldə edilməyib.
Daha çox xəbər:
ABŞ Ukraynaya daha 50 mlrd dollar verə bilər, amma bu şərtlə...
Gündəm / DünyaKallas: ABŞ Ukraynaya yardımları azaltsa, Aİ Kiyevə dəstəyi artırmalı olacaq
Gündəm / CəmiyyətAvropa Birliyi ölkələrinə qarşı kiberhücumların sayı artıb
DünyaAvropa İttifaqı Türkiyəyə təyyarə göndərir
Gündəm / CəmiyyətMerkel ABŞ-ın bundan sonrakı dünya liderliyinə şübhə edir
Siyasət