Gündəm / Cəmiyyət
06 fevral 2025
0
Plastik cərrahların lisenziyalarının ləğvi ilə bağlı - Rəsmi açıqlama
![Plastik cərrahların lisenziyalarının ləğvi ilə bağlı - Rəsmi açıqlama](https://azadmedia.az/uploads/posts/2025-02/1738832139_cerrah11.png)
Baş Prokurorluq və Səhiyyə Nazirliyi estetik cərrahlarla bağlı aparılan yoxlama barədə məlumat yayıb.
Birgə məlumatda yoxlamaların davam etdiyi bildirilib.
“Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.
Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.
Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq”, - rəsmi məlumatda bildirilib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Saxta plastik cərrahlarla bağlı komissiya yaradıldı - 1 aydan az vaxtları var](https://azadmedia.az/uploads/posts/2025-01/1735888651_1735887234_palstik.png)
Saxta plastik cərrahlarla bağlı komissiya yaradıldı - 1 aydan az vaxtları var
Gündəm / Cəmiyyət![Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək](/uploads/posts/2019-05/1557207137_752859.jpg)
Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
İqtisadiyyat![Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib](https://azadmedia.az/uploads/posts/2024-08/1723802230_npzr5uwa8tdgzauhijxkxawfzfshaw1hoflqhkx5.png)
Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib
Gündəm / Cəmiyyət![Mətanət plastik əməliyyatsız FOTOsunu paylaşdı](/uploads/posts/2019-04/1556263308_749903.jpg)
Mətanət plastik əməliyyatsız FOTOsunu paylaşdı
Şou![Dərman idxalı ilə məşğul olan şirkətlərə - Xəbərdarlıq](https://www.xeberler.org/uploads/posts/2024-02/medium/1707913936_derman-aptek-yeni-1.jpg)
Dərman idxalı ilə məşğul olan şirkətlərə - Xəbərdarlıq
Gündəm / Cəmiyyət