Gündəm / Dünya
05 fevral 2025
0
ABŞ Suriyadan qoşunların tam çıxarılması ilə bağlı planlar hazırlayır
ABŞ Müdafiə Nazirliyi Suriyadan bütün qoşunlarının çıxarılması ilə bağlı planlarını hazırlayır.
Bu barədə “NBC News”a ABŞ müdafiə idarəsinin nümayəndələri məlumat verib.
Rəsmilərin sözlərinə görə, Prezident Donald Tramp və Vaşinqton administrasiyasının 10-a yaxın nümayəndəsi son vaxtlar Suriyadan ABŞ qoşunlarının tam çıxarılmasına maraq göstəriblər.
ABŞ-nin yeni administrasiyasının bu bəyanatı Pentaqon rəsmilərini 30, 60 və ya 90 gün ərzində bu addımın həyata keçirilməsi üçün planlar hazırlamağa sövq edib.
Daha çox xəbər:
Tramp ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmağı düşünür
Siyasət / DünyaTramp 270 seçici səsi həddini keçib - KİV
Gündəm / DünyaTramp: ABŞ hazırkı rəhbərliyin siyasətinə görə cəhənnəmə yuvarlanır
Gündəm / DünyaTramp ABŞ-də “Dəmir qübbə” sisteminin hazırlanması haqqında fərman imzalayıb
Gündəm / CəmiyyətABŞ-da prezident seçkiləri təxirə salına bilər
Siyasət / Dünya