Gündəm / İqtisadiyyat
04 fevral 2025
0
Dünya bazarlarında neft ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 1% azalaraq 1 barelə görə 75,2 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,61% azalaraq 1 barelə görə 71,98 ABŞ dollarına bərabər olub.