Gündəm / Cəmiyyət
03 fevral 2025
0
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar medal veriləcək.
Bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Layihəyə əsasən, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Daha çox xəbər:
Azərbaycanda 4 yeni yubiley medalı təsis edilib
Gündəm / CəmiyyətMilli Məclisin yaz sessiyasında ilk iclas - Gündəlik AÇIQLANDI
Gündəm / CəmiyyətMilli Məclisdə iclas - 20 məsələ müzakirə olunur
Gündəm / SiyasətHeydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi
Gündəm / SiyasətHeydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi
Gündəm / Siyasət