Gündəm / Cəmiyyət
03 fevral 2025
0
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
Bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında məsələ müzakirə olunub.
Yaz sessiyasının qanunvericilik işləri planına Prezidentin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "2024-cü il dövlət büdcəsinin icrası haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi" haqqında qanun layihələri daxil edilib.
Həmin müddətdə Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanması da nəzərdə tutulur.
Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Daha çox xəbər:
Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
Gündəm / CəmiyyətMM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
Gündəm / CəmiyyətMM-in yaz sessiyasının işləri planına daxil edilmiş iki layihə qəbul edilməyib - SİYAHI
Gündəm / DünyaMilli Məclisin yaz sessiyası başlayır
Gündəm / CəmiyyətParlamentin yaz sessiyasının ilk iclasının gündəliyi AÇIQLANDI
Gündəm / Cəmiyyət