İdman
03 fevral 2025
0
Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ölkəmizdə ilk dəfə konsept trenajorda yarış keçirib.
Akademik avarçəkmə növündə təşkil edilən Federasiya birinciliyində 30 nəfərdən çox idmançı mübarizə aparıb. Kişilər arasında əsas yığma komandanın mübarizəsində Bəhmən Nəsiri yarışın ümumi ən yaxşı nəticəsini göstərib.
Nəsiri 2000 metr şərti məsafəni 5.49.9 dəqiqəyə başa vurmaqla həm də dünya konsept yarışlarında ən yaxşılar sırasında yer alıb. Belə ki, sonuncu dünya çempionatının nəticələri ilə müqayisədə Bəhmən Nəsirinin nəticəsi 4-cü olub.
Federasiya birinciliyində eyni kateqoriyada mübarizə aparan Murad Sadıxov ikinci, Ziya Məmmədzadə üçüncü olub. Qeyd edək ki, Ziya Məmmədzadənin çəkisində son dünya çempionatının nəticələrinə əsasən idmançımız ilk onluğa düşür.
Yarışın digər nəticələri isə belədir. 1000 metr məsafədə 2007-2010-cu il təvəllüdlü oğlanlar arasında Məhəmməd Həsənov birinci, Sabit Abdullayev ikinci, Ümid Abbaszadə 3-cü yer tutub.
500 metr məsafədə 2010-2013-cü il təvəllüdlü oğlanların mübarizəsində Ruslan Fərəcov bütün rəqiblərini üstələyib. Şamil Şəfizadə ikinci, Yusif Əliyev üçüncü yerə layiq görülüb.
2007-2010-cü il təvəllüdlü qızlar arasında 500 metr məsafəyə mübarizədə Valeriya Vaskovska fəxri kürsünün ilk pilləsinə qalxıb. Sara Mirzəyeva ikinci, Fatimə Məhərrəmli isə üçüncü olub.
Qalib idmançılar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən diplomla mükafatlandırılıb.
Daha çox xəbər:
İdmançımız Paris Olimpiadasında 1/4 finala çıxdı
Gündəm / İdmanDünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İdmanAzərbaycanda 19 federasiya fəaliyyətini dayandırdı
Gündəm / CəmiyyətPolisimiz dünya çempionatında qələbə qazandı
İdmanXanlar Fətiyev yenidən federasiya prezidenti seçildi
İdman