Gündəm / Cəmiyyət
04 fevral 2025
0
Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 14 fevral 2025-ci il tarixində Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidir:
"Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 fevral tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək".
Daha çox xəbər:
Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək
Gündəm / CəmiyyətAnar Quliyev Bərdədə vətəndaşları qəbul edəcək
Gündəm / CəmiyyətKamran Əliyev Hacıqabulda qəbul keçirəcək
Gündəm / CəmiyyətVilayət Eyvazov Bərdədə vətəndaşları qəbul edəcək
Gündəm / CəmiyyətKamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
Gündəm / Cəmiyyət